XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 14:51

Türkiyədə parlament seçkilərində səsvermə başa çatıb

seckiler_turkiye.jpg

53 milyon 765 min seçicinin iştirak etdiyiyi seçkilər Türkiyə vaxtı ilə səhər saat 8-də başlayıb.

Səsvermə məntəqələri yerli vaxtla axşam saat 17:00-də bağlanıb.

Səsvermə bitəndən sonra səslərin sayılmasına start verilib və bu proses hazırda davam etməkdədir.

Seçkilərdə 20 siyasi partiya, 165 müstəqil namizəd iştirak edir.

Bu seçkilərdə 1 milyon 103 min 258 gənc ilk dəfə olaraq seçici hüquqndan istifadə edəcəklər.

Əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi proqnozlaşdırılır.

Bu dəfəki seçkilərin nəticəsi hakim partiyanın Konstitusiyaya dəyişikliklər etmək iqtidarında olub-olmayacağını müəyyən etməlidir.

Prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasına böyük üstünlküklə qələbə lazımdır kı, Türkiyənin prezident respublikasına çevrilməsini Konstitusiya yolu ilə həyata keçirə bilsin.

Strateq.az