XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2016 - 11:45

“Kommersant” qəzeti:“Qarabağın birtərəfli tanınması nəzərdə tutulmamışdı”

Daqliq-Qarabaq-16

Son zamanlar Qarabağ münaqişəsi ilə bağlı məsələləri xüsusi diqqətdə saxlayan Rusiyanın nufuzlu “Kommersant” qəzetində bu dəfə Ermənistanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması təşəbbüsləri ilə bağlı məqalə dərc olunub.

“Dağlıq Qarabağa müstəqillik vəd olundu” başlıqlı məqalədə məsələ ilə bağlı indiyədək Bakı, Yerevan və Moskvadan səslənmiş açıqlamalar təkrarlansa da, diqqətçəkən məqam “Kommersant”ın vasitəçilərin mövqeyi ilə bağlı məlumat verməsidir: ““Kommersant”ın  Minsk Qrupuna yaxın diplomatik mənbəsi  bildirib ki, Yerevan  tərəfindən Stepanakertin müstəqilliyinin tanınması beynəlxalq vasitəçilərin himayəsi ilə ilə keçən danışıqların gələcəyinə müsbət təsir göstərə bilməz.  Biz ümid edirik ki, münaqişə tərəfləri Minsk qrupunun hər iki tərəflə sıx təmasda hazırladığı “yol xəritəsi”nin reallaşması məsələləri ilə bağlı konstruktiv dialoqa hazırlıq nümayiş etdirəcəklər.  Məlumdur ki, Dağlıq Qarabağın birtərəfli tanınması isə ilkin razılaşmalarda nəzərdə tutulmamışdı”.

Strateq.az