XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 12:26

Ali Məhkəmədə yeni təyinatlar –3 nəfərin ömürlük hakim təyinatına qərar verildi

mehkeme 2

Bu gün Milli Məclisin plenar iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, qərar layihəsində səlahiyyət müddəti 25 aprel 2016-cı ildə bitən Qürbət Əsgərov, Vəfaddin İbayev və Zakir Quliyevin yenidən Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif olunur.

Ə. Hüseynli bildirib ki, bu hakimlərin təyinatı müddətsiz xarakter daşıyır.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

APA