XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2015 - 17:15

AKP-nin işi zora girdi – Ərdoğanın təkbaşına iqtidar qurmaq planı təhlükədə!

turkiye-secki.jpg

Bu gün Türkiyədə parlament seçkiləri keçirilib.

Strateq.az xəbər verir ki, Türkiyədə 53 milyon seçici 25-ci parlament seçkilərində iştirak edib. Seçkidə 20 partiya, 165 bitərəf namizəd təmsil olunub.
İlkin məlumatlara görə, səslərin 80 faizindən sayılıb və indiki nəticələr iqtidar partiyası – AKP üçün şok sayılıb. Belə ki, Ərdoğanın nəzarətində olan və baş nazir Davudoğlunun rəhbərlik etdiyi AKP təkbaşına höküməti formalaşdırmaq üçün 276 deputat mandatına hələ ki sahiblənə bilməyib. Müşahidəçilər yerdə qalan səslərlə AKP-nin bu həddə çatacağını düşünmürlər….
Hazırkı nəticəyə görə, AKP 267, CHP 124 deputat yerinə sahiblənib. Budəfəki seçki daha çox iki partiyanın – MHP və HDP-nin hələki uğurlu kampaniya apardığını təsdiq edir. Belə ki, adıçəkilən partiylar 3 və 4-cü yerləri bölüşdürməklə, bu seçkidə səs faizlərini qaldırıblar. Bu isə o deməkdir ki, Böyük Millət Məclisində daha çox millət vəkili ilə təmsil olunacaqlar.
Strateq.az