XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 12:38

“Türkiyə ilə viza ləğv olunsun!” –YAP Milli Məclisdə yeni tələb qaldırdı

trend_siyavush_novruzov_250413 (1)

"Türkiyə ilə viza sisteminin müddəti uzadılmalıdır, ya da ləğv olunmalıdır".

Bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

Onun sözlərinə görə, son hadisələr də göstərdi ki, Türkiyə siyasi, hərbi bütün sferalarda Azərbaycanın yanında oldu, öz dəstəyini verdi: “Biz bir millət iki dövlətik. Ya bu viza sistemi ləğv olunmalı, ya da müddəti uzadılmalıdır. Məsələn, Naxçıvan blokada şəraitindədir. Oradan Türkiyəyə gedib işləyəmək istəyənlər çətinlik çəkirlər. Gedib üç aydan sonra qayıtmalı olurlar. Bu da o deməkdir ki, onların qazandıqları pul yol puluna gedir. Heç olmasa , vizanın müddəti bir illik müddətə uzadılmalıdır.

Eyni zamanda Türkiyədən Azərbaycana bizneslə məşğul olmağa gələnlər var. Bunların işini yüngüllləşdirmək lazımdır. İndi əsl zamanıdır ki, viza sistemini ləğv edək və bizi əhatə edən qonşularımız da bunun şahidi olsun”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, bu məsələ üzərində iş gedir(Qafqazinfo).