XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2015 - 18:28

Ərdoğanı məğlubiyyətə aparan səbəblər: Türkiyəni nə gözləyir?
elesger-ehmedoglu.jpg
Ələsgər Əhmədoğlu
Türkiyədə seçkinin nəticələri bəlli oldu. AKP birinci partiya olsa da, müəyyən itkiləri olub – 7 %-lik bir itki var. Ancaq ən ciddi nəticə parlamentdə 276 millət vəkili limitinə çatmadığı üçün təkbaşına bir hökumət qurmaq şansını itirməsidir.
Bunun əsas səbəblərindən biri AKP-nin lider dəyişimiDavudoğlunun xarizmatik bir lider ola bilməməsidir.
2-ci önəmli səbəb AKP-də 3-cü dönəm yasağının qüvvəyə girməsi və partiyanın ağır toplarının kənarda qalmasıdır. Buna görə də partiya təşkilatı yaxşı işləmədi və seçkidə iştirak 80%-i keçmədi.
3-cü ciddi səbəb Ərdoğanın Türkiyənin parlamentar sistemi dəyişməyə yönəlik təşəbbüsləri və getdikcə avtoritarlaşmasıdır. Xalq başqanlık sisteminə keçid istəyinə yaşıl işıq yandırmadı.
4-cü səbəb Atatürkün Partiyası olan CHP-nin səsələrinin kürd terroristlərinin partiyasına gedərək, onları 10%-lik seçki baryerindən qurtarması və Parlamentə gətirilməsidir.
Bunun nəticəsidir ki, ana müxalifət partiyası olmağına baxmayaraq, CHP 2011-ci ildə olan son seçkilərdəki səsələrini 1%-dən çox itirib. Bu səslər də HDP-yə gedib. AKP-də kürd açılımına müsbət baxmayan milliyətçi kəsimin təxminən 4%-lik hissəsi səslərini MHP-yə verib və MHP səslərini artırıb.
Bu seçimdən çıxan ilk nəticə:
1. Əgər bir hökumət qurulacaqsa, bu, koalisiya hökuməti olacaq.
2. AKP-nin iki variantlı hökumət qurmaq şansı var: AKP-MHP və AKP-HDP.
AKP-MHP hökumətinin qurulması “Kürd açılımı”nın tarixin arxivinə keçməsi olacaq. Bu, başqa nəticələrə, problemlərə aparacaq. Xüsusilə terrorun yenidən xortlaması kimi. AKP-HDP koalisiyasının qurulması isə AKP-nin yaxın vaxtlarda daha ciddi əriməyə getməsinə və çox qısa müddətdə erkən seçkini gündəmə gətirəcək.
3. AKP-HDP koalisiyasnın bir bazarlıqla qurula bilmə ehtimalı da rəfə qaldırıldı. AKP və HDP-nin birlikdə sayı, Konstitusiyanı dəyişməyə yetmir. Beləliklə, kürd muxtariyyatına qarşı, Başkanlık sistemi bazarlığı baş tutmayacaq.
4. üfiqdə bir erkən seçim olacaq. Xalqdan 50%-dən çox səs alan Cumhurbaşkanı Ərdoğan və gücsüz bir hökumət. Bu da müəyyən problemləri yaradacaq.
Yekun olaraq, Türkiyə siyasət səhnəsi daha da qaynar bir dönəmə girir…