XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 14:11

ABŞ səfirindən Qarabağ açıqlaması:"Böyük sülh sazişi üzərində birgə işlənməsi çox vacibdir”

sekuta-99

“İndiki məqamda tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir”.

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

O xatırladıb ki, ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı olub: “Minsk Qrupunun həmsədrləri böyük sülh sazişi üzərində iş aparılması üçün tərəflərlə işləyirlər. ABŞ dövlət katibi Con Kerri də bu məsələni diqqətdə saxlayır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və tərəfləri bir araya gətirərək sülh razılaşmasına nail olmaq istiqamətində çalışır. Hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir”. 

APA