XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 15:06

“Qarabağın statusunun həlli…” –Rəsmi Moskvadan daha bir Qarabağ açıqlaması

zaxarova

"Dağlıq Qarabağın statusu siyasi və diplomatik yollarla müəyyən olunmalıdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Biz dəfələrlə Dağlıq Qarabağın taleyinin yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd etmişik. Bu məsələ siyasi və diplomatik yollarla həll olunmalıdır.

Onu da xatırlatmaq istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2009-2013-cü illərdə verdiyi bəyanatlarda əks olunan Dağlıq Qarabağ münaqişəsinin həlli prinsipləri arasında Dağlıq Qarabağın statusunun hüquqi cəhətdən mütləq şəkildə öz iradəsini sərbəst şəkildə ifadə etmək yolu ilə müəyyən edilməli olması barədə fakt var", – deyə M.Zaxarova bildirib.

XİN sözçüsü Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birgə münaqişənin həlli üçün bütün zəruri yardımı göstərməyə hazır olduğunu qeyd edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya XİN gündəliyindən çıxarılmayıb, əksinə, bu məsələyə hazırkı məqamda daha böyük diqqət ayrılır.

Report