XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2016 - 16:15

“Bu işi süni surətdə uzadanlar Rusiyanın buradakı əzəli xidmətçiləridir” –Ekspertdən şok iddia

elxan-sahinoglu-esas

Bu gün Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri, deputat Siyavuş Novruzov deyib ki, Türkiyə və Azərbaycan arasında viza sistemi ya ləğv olunmalı, ya da vizada nəzərdə tutulan müddət uzadılmalıdır: "Son hadisələr də bunu göstərdi ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyir”.

Buna cavab olaraq parlamentin sədri Oqtay Əsədov deyib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu oxşar tələbi ilərdir səsləndirdiyini bildirib:

"Biz illərdir deyirik və yazırıq ki, Azərbaycan Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi viza rejimini ləğv etməlidir. Kənardan baxan bizə gülüb deyər ki, bunlar necə hərbi-strateji müttəfiqdirlər ki, illərdir viza məsələsini həll etməkdə acizdirlər. Biz deyəndə fikir verən yoxdur, artıq hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri, deputat Siyavuş Novruzov da bu məsələ ilə bağlı ciddi narazılığını ifadə edib. Oqtay Əsədov deyib ki, Türkiyə və Azərbaycan arasında viza məsələsi ilə bağlı iş gedir.

Əslində bu istiqamətdə heç bir “iş” getmir, 5 il bundan əvvəl vəziyyət necə idisə, indi də elədir. Söhbət etdiyim türkiyəli diplomatlar da bu məsələnin uzanmasından beziblər, viza probleminin uzadılmasına məntiqi cavab tapa bilmirlər".

Ekspert deyir ki, bu məsələdə Rusiya faktoru var: "Uzun illərin arayışından sonra cavabım belədir ki, bu işi süni surətdə uzadanlar Rusiyanın buradakı əzəli xidmətçiləridir. Onlar Hər vasitə ilə Azərbaycan-Türkiyə strateji ittifaqını pozmağa çalışır və bununla Rusiyanın, eləcə də Ermənistanın maraqlarına xidmət etmiş olurlar. Dövlət başçısı məsələyə qarışıb, belələrinə “dur” deməli və viza məsələsini həll etməlidir".

Strateq.az