XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 05:21

İğdırda HDP-dən millət vəkili seçilənlərdən biri azərbaycanlıdır

Kiznas.jpeg

Dünən Türkiyədə keçirilən parlament seçkilərində İğdır şəhərində HDP böyük qələdə əldə edərək iki millət vəkili yerini qazanıb. Beləliklə İğdırı Türkiyə Böyük Millət Məclisində iki HDP-li millət vəkili, Emin Adıyaman və Kıznas Türkali təmsil edəcək.

Emin Adıyaman 12 iyul 1980-ci ilə hərbi çevrilişi zamanı həbs olunub. 3 il həbsdə qaldıqdan sonra azad olunub. İğdırda vəkil kimi fəaliyyər göstərir.

Azərbaycan əsilli Kıznas Türkali isə litsey məzunudur. O da 1992-ci ildə Topkapıda vərəqələr payladığı üçün həbs olunub və 6 ay cəza çəkib.

Xatırladaq ki, MHP İqdırdan İsa Yaşar Tezel və Səfər Qaraqoyunlunun namizədliyini irəli sürmüşdü. Hər iki namizəd azərbaycanlıdır.

CHP-nin irəli sürdüyü namizəd Adil Aşırım da azərbaycanlıdıdır, amma son parlament seçkilərində 1300 səs alıb. AKP isə millətcə kürd olan Cengiz Şeyranın və Ferdi Turanın namizədliyi üzərində durmuşdu.

Strateq.az