""Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırmasının sürətlənməsi "Şimal axın-2" boru kəmərinin layihəsinə ən yaxşı alternativdir".
Bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.
Amos Hokstayn qeyd edib ki, O, mayın 17-də Salonikidə Transadriatik boru kəmərinin (TAP) təməlqoyma mərasimində ABŞ təmsil edəcək.
"Bu inqilabi kəmərin Azərbaycan, Türkiyə, Avropa, və Xəzər regionu üçün həm iqtisadi, həm də geosiyasi nəticələri olacaq", – deyə, Amos Hokstayn bildirib(Trend).