XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 08:46

​ABŞ Dövlət Departamenti Türkiyədəjurnalistlərin həbsini pisləyib

ABS_

Birləşmiş Ştatların Dövlət Departamenti Türkiyədə müxalifətdən olan jurnalistlər barəsində çıxarılan ittiham hökmünü pisləyib.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

"ABŞ bu gün jurnalist işi nəticəsində dövlət sirrinin yayılmasında müqəssir bilinən Türkiyənin müxalifət qəzeti "Cumhuriyet"in baş redaktoru Can Dündar və nəşrin Ankaradakı bürosunun rəhbəri Ərdəm Gülün işi üzrə çıxarılan ittiham hökmlərindən narahatdır", – deyə Dövlət Departamentinin məlumatında qeyd olunur.

ABŞ çıxarılan ittiham qərarları ilə əlaqədar olaraq "Türkiyə hakimiyyətini demokratik və şəffaf cəmiyyətin ayrılmaz hissəsi olan müstəqil və heç bir məhdudiyyət qoyulmayan mətbuata dəstək verməyə çağırıb".

Xatırladaq ki, iki türk jurnalist dövlət sirrini açmaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.