XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 16:48

İrandan ABŞ-a təhdid:“Hörmüz boğazını bağlaya bilərik!”

 

İran'dan ABD'ye 'Hürmüz Boğazı' tehdidi

"Hörmüz boğazında hər cür pis niyyətli və təhlükəli cəhdə qarşı çıxmaq məcburiyyətindəyik. Əgər bu cəhdlər baş verərsə, BMT-nin 1982-ci il tarixli sazişinə söykənərək hərəkətə keçməkdən başqa şansımız qalmayacaq".

Strateq.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun komandir müavini general Hüseyn Səlami deyib.

Ekspertlər İran generalının bu təhdidini Hörmüz boğazını bağlamaq xəbərdarlığı kimi qəbul ediblər. Çünki generalın haqqında bəhs etdiyi saziş – BMT Dəniz Hüququ haqqında Konvensiyanın 39-ci maddəsi yalnız boğazətrafı ölkələrin suverenliyini təhdid etməyən gəmilərin su hövzələrindən sərbəst keçə bilməsini nəzərdə tutur. Hüseyn Səlami isə hazırda Hörmüz boğazından keçən gəmilərin bu şərtlərə uymadığını iddia edir. Deməli, boğazı bağlamaq hüququnun doğduğuna eyham vurur.

Generalın birdən-birə belə bir bəyanatla çıxış etməsi səbəbsiz deyil. ABŞ Donanması liderliyində 30 ölkənin hərbi gəmiləri 4-26 aprel tarixlərində Süveyş kanalı və Hörmüz boğazında genişmiqyaslı manevr keçirmişdi. İranın dini lideri Ayətullah Əli Xameneyi manevrə reaksiya verərək ABŞ-dan niyə məhz bu bölgəni seçdiyi barədə şərh gözlədiklərini söyləmişdi. Görünən budur ki, ABŞ-dan heç bir açıqlama gəlməyincə İran İnqilab Keşikçilərinin yetkilisi sinəsini qabağa verməli olub və bu halların təkrarlanacağı təqdirdə, boğazı bağlayacaqlarını bildirib.

Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatı üçün olduqca qorxunc təhdiddir. Qlobal sənayenin qanı sayılan neftin üçdə biri bu boğazda hasıl olunur və dünya bazarına çıxarılır. Boğaz bağlanarsa, neftin qiymətinin  birdən-birə 200 dollara qədər sıçrayacağı təxmin edilir.

Xatırladaq ki, bundan bir neçə ay əvvəl yazılarımızda Rusiyanın İranı silahdırarkən bu məqsədi güddüyünü və bu yolla dünya bazarında neftin qiymətlərini yüksəltmək istədiyini bildirmişdik. İndisə deyəsən, bu ehtimal göyərməyə başlayıb.

Heydər Oğuz

Strateq.az