XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 May 2016 - 16:55

Mikayıl Cabbarov sabiq rektora yüksək vəzifə verdi –Təyinat

mikayil-nazir

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədova yeni vəzifə verilib.

Strateq.az Azxeber.com-a istinadən xəbər verir ki, 2 gün öncə ADPU rektoru vəzifəsindən azad olunan Yusif Məmmədov Təhsil Nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Yusif Əbülfət oğlu Məmmədov 24 yanvar 1950-ci ildə Qərbi Azərbaycan Sisiyan rayonunun Dəstəgird qəsəbəsində anadan olub. 1966-cı ildə orta məktəbi "Qızıl medal"la bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) Mexanika-riyaziyyat fakültəsinə daxil olub, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun Riyazi-fizika tənlikləri kafedrasında saxlanılıb, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlib. 2000-2004-cü illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun I prorektoru – Elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb. 2006-cı il aprelin 21-də isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilib.

1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri doktorudur.