XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2016 - 18:53

Ərdoğanın müəllimi danışdı –"İçki içsəydi, qumar oynasaydı onlar üçün çox yaxşı prezidentiydi" - Fotolar

erdoqan-genclik-3

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhsil aldığı dini liseyin (İmam hatip) müəllimi onun haqqında danışıb. Erdoğana dərs deyən Mehmet Yahya Kutluğlu çox maraqlı açıqlamalar verib: “Əgər Ərdoğan rəqs edib içki içsəydi, qumar oynasaydı onlar üçün çox yaxşı prezidentiydi.  Prezidentimizin namaz qıldığından modern düşüncələr onu qəbul edə bilmirlər”.

“Zaman” qəzetinə müsahibəsində müəllimi Türkiyə prezidentinin gənclik illəri ilə bağlı da danışıb: “ Yaxşı tələbə idi. Təmiz və yaxşı geyinirdi. İstambul bəyəfəndisiydi. Fərqli bir şəxsiyyəti vardı. Tələbə İntizam Qurumunun rəhbəriydi.  Sözü keçirdi və tələbələr arasında hörməti vardı. Liderlik duruşu o zamandan məlum idi”.

erdoqan-genclik-1

erdoqan-genclik-2

Strateq.az