XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2016 - 22:29

Polşada hökumət əleyhinə nəhəng mitinq- 240 min etirazçı küçələrə axışdı

Polşanın paytaxtı Varşavada 240 min etirazçı küçələrə çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət əleyhinə təşkil edilən aksiya «Biz Avropada yerləşirik, Avropada da qalacağıq» şüarı altında keçirilib.

Nümayişçilər hökumətin ölkədə demokratik proseslərin gedişini pozan və Brüssellə fikir ayrılıqları yaradan qanunvericilik təşəbbüslərinə etiraz ediblər. Aksiyanın əsas təşkilatçıları müxalifyönlü «Vətəndaş Platforması» və Demokratiyanı Müdafiə Komitəsi olub.

Eyni vaxtda avrointeqrasiyanın əleyhdarları da aksiya keçirərək hökumətin addımlarına dəstək nümayiş etdiriblər. Onların fikrincə, Avropa Birliyi Polşanın daxili işlərinə qarışır. Bu aksiyada milliyyətçiləri və mühafizəkar katolikləri təmsil edən mindən artıq nümayişçi olub.

Polşa hökumətinin son addımları ölkədə dərin mübahisələrə yol açıb. Ötən ilin sonlarında Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması, bu ilin əvvəlində isə hökumətə ictimai tele və radiokompaniyalara rəhbər təyin etmək səlahiyyəti verilməsi narazılığı bir az da artırıb.