XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2015 - 07:31

Erməni güləşçilərinin Avropa Oyunlarından imtinasının əsl səbəbi

gulesh.jpg
Elçin Cəfərov: “Onlar biabırçı məğlubiyyətlə üzləşməmək üçün bu qərarı verib”

“Eyni zamanda, burada üzləşəcəkləri məğlubiyyətin acı qınaqları onları Ermənistanda da təqib etmiş olacaqdı”

Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qatılmamağa qərar verib. Ermənistan mətbuatının yazdığına görə, Güləş Federasiyası yerli güləşçilərin birinci Avropa Oyunlarında iştirakının əleyhinə çıxıb.
Bu barədə güləş üzrə Ermənistan yığmasının baş məşqçisi Levon Culafyan federasiyanın saytına açıqlamasında deyib:
“Federasiya rəhbərliyi erməni güləşçilərin Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakı məsələsini ciddi müzakirə edərək belə qərara gəlib ki, idmançılarımızın orada iştirakı ağılsızlıqdır və məqsədəuyğun deyil”.
Bundan bir müddət əvvəl isə Ermənistanın əlaqədar qurumları onların ölkə olaraq birinci Avropa Oyunlarında iştirak edəcəklərini bəyan etmişdi. Həmin dövlətin Güləş Federasiyasının ayrıca iştirak etməməklə bağlı qərar verməsi çox maraqlıdır. Bəllidir ki, Azərbaycanın çox güclü güləş yığması var. Bizim güləşçilərimiz dəfələrlə beynəlxalq səviyyəli turnirlərdə erməni güləşçilər üzərində parlaq qələbələrə imza atıb. Erməni güləşçilərilə bağlı verilən qərar bizim güləşçilərdən çəkinməklə bağlı ola bilərmi?


Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov açıqlamasında bildirdi ki, əslində onlar Ermənistan güləşçilərindən belə qərarı gözləyiblər: “Sizə məlumdur ki, güləş Azərbaycanın milli idman növü sayılır. Bizim bu idman növündə daima yüksək nailiyyətlərimiz olub. Uzun illərdən bəridir ki, bizim ermənilərlə görüşlərimiz gərkin keçib. Etiraf etmək lazımdır ki, onların da oturuşmuş güləş məktəbi var. Buna baxmayaraq, Azərbaycan güləşçiləri daima onları üstələyib. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına da böyük həvəslə hazırlaşırıq. Güləşçilərimizin əhval-ruhiyyəsi əladır. Ən yüksək nailiyyətə iddialıyıq. Bir müddət əvvəl İranda keçirilən Dünya Kuboku yarışlarında da ölkəmiz lider oldu. Bu, komandamızın hazırkı hazırlıq səviyyəsindən xəbər verir. Ermənilər bütün bunları izləyir. Onlar biabırçı məğlubiyyətlə üzləşməmək üçün bu qərarı verib. Eyni zamanda, burada üzləşəcəkləri məğlubiyyətin acı qınaqları onları Ermənistanda da təqib etmiş olacaqdı. Bax, başlıca səbəb kimi mən bu faktorları irəli çəkmək istərdim”.

Məhəmmədəli QƏRİBLİ