Təxminən bir il əvvəl Suriyada oğurlanan 3 ispan jurnalist azad olunub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Manuel Lopes, Anxel Sastre və Antonio Pamplieqanın vəziyyəti yaxşıdır və hazırda onlar öz ölkələrinə qayıdırlar.
Jurnalistlər İspaniyanın 3 ayrı media orqanını – «La Razón» qəzetini, "Cuatro" telekanalını və «Onda Cero» radiosunu təmsil edirlər. Lopes və Pamplieqa 2013-cü ilədək «France Presse» agentliyinin əməkdaşı olublar.
Sonuncu dəfə jurnalistləri 2015-ci ilin iyulunda Suriyanın Hələb şəhərində görmüşdülər.