Əfqanıstanın cənubunda NATO-nun iki əsgəri qətlə yetirilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əsgərləri öldürən naməlum şəxslər hərbi geyimdə olublar. Silahlı insident zamanı bir NATO əsgəri də xəsarət alıb. Onu dərhal Almaniyadakı xəstəxanaların birinə aparıblar.
Ölən əsgərlər Rumıniya vətəndaşıdır. Faktı Rumıniyanın Müdafiə Nazirliyi də təsdiqləyib.
İnsidentin əfqan polislərə keçirilən təlim zamanı baş verdiyi bildirilir. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.