Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.
Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.