XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 22:15

Misirdə 8 polis işçisi qətlə yetirilib

Qahire-terror

İŞİD ilə əlaqəsi olan terrorçular Qahirə yaxınlığında Helvanda vətəndaş geyimində olan 8 səkkiz polis işçisinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Misirin MENA xəbər agentliyinin verdiyi məlumata görə, kiçik yük maşınında olan silahlı şəxslər polis işçilərinin maşınına yaxınlaşaraq onlara atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb.

Bu, Qahirədə noyabr ayında yoxlama məntəqəsində İŞİD döyüşçülərinin dörd pols zabitini qətlə yetirməsindən sonra baş vermiş ən qanlı hücumdur.

İnternetdə yerləşdirilmiş bəyanatda İŞİD-lə əlaqəsi olan qrup bazar günü polis zabitlərinin qətlə yetirilməsinə görə məsuliyyəti üzərinə götürərək, bunun Misirdə qadınların həbs olunmasına cavab olduğunu bildirib. Bəyanatda həmçinin İŞİD üzvlərinin hadisə yerindən qaçmazdan əvvəl polis işçilərinin silahlarını ələ keçirdikləri deyilir.

Misirin Daxili işlər naziri Maqdi Abedl Qaffar qətlə yetirilmiş polis zabitlərini "vətənin və xalqın təhlükəsizliyi naminə həyatlarını qurban vermiş şəhidlər" adlandırıb. Nazir hücumla bağlı əhatəli təhqiqatın aparılmasına çağırıb.

"Amerikanın səsi"