XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2016 - 12:25

“Məgər Ermənistan Dağlıq Qarabağı tanıyıb?” –Rusiyanın Ermənistandakı səfiri

iuvan-sefir

"Rusiya Ermənistan kimi Azərbaycana da silah satır". 

Axar.az “Lragir.am”a istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərin suallarını cavablandıran Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin söyləyib.

Səfirlə mübahisəyə girən jurnalistlər ona Qarabağla bağlı suallar veriblər. Bundan sonra səfirliyin ikinci katibi jurnalistlərədən kameralarını söndürmələrini istəyib. Erməni mətbuatının yazdığına görə, bu zaman diplomat sensasion bəyanatla çıxış edib:

“Məgər Ermənistan Dağlıq Qarabağı tanıyıb? Ermənistan Qarabağı tanımadığı müddətdə buraya rus silahı daxil ola bilməz”.