XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2016 - 14:18

İrandan Qərbi qəzəbləndirəcək növbəti sınaq:8 metr yayınma limiti olan 2 min km.-lik təhdid

 

İran'dan 2 bin km'lik tehdit

 

İranın müdafiə büdcəsinin 10%-i raket proqramına və bu proqramı inkişaf etdirmə proyektlərinə ayrılacaq.

Strateq.az xəbər verir ki, bunu İran ordusu yetkililərindən general Əli Abdullahi bildirib.

General bununla yanaşı, dünya gündəminə bomba kimi düşməsi gözlənilən bir məlumatı da mətbuata sızdırıb. Onun “Tesnim” xəbər agentliyinə verdiyi məlumata görə,  Tehran iki həftə öncə orta mənzilli ballistik raket sınaqdan çıxarıb: “2 min kilometr mənzilli, 8 metr yayınma limiti olan raketi iki həftə əvvəl tam dəqiqliklə test etdik".

Qeyd edək ki, BMT TŞ və Almaniya ilə bağlanan nüvə sazişindən sonra İranın həmin razılaşmanın tələbləri baxımından xeyli mübahisəli görünən bu sınağı ilk deyil. İran Qərbin sərt reaksiyasını doğuran daha iki sınaq həyata keçirib.

Ötən ilin 10 oktyabr tarixində “İmad” ballistik raketini sınaqdan çıxarılması ABŞ-ın sərt təpkilərinə səbəb olmuşdu. Vaşinqton raket testində iştirak edən 11 şirkətə və fiziki şəxsə qarşı sanksiya tətbiq etmişdi. Birləşmiş Millətlər Təşkilatının İrana tətbiq olunan sanksiyaları nəzarət komitəsi də sözügedən sınağın nüvə sazişini pozduğunu açıqlamışdı.

Bu ilin mart ayı da bənzər hadisəylə yadda qalmışdı. Rəsmi Tehran bu dəfə İsraili vurmaq qabiliyyətinə malik bir raketi test etdiyini bildirmiş və aləm bir-birinə dəymişdi. “Atalar 3-dən deyib” zərb-məsəlindən bu dəfəki sınağa nəzər salsaq, general Əli Abdullahinin etiraf etdiyi son hadisənin nəylə nəticələnəcəyi maraq doğurur.

Heydər

Strateq.az