XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 İyun 2015 - 12:54

Yeni üzlüklər radiasiya təhlükəsizliyi tələblərinə cavab verir- FHN-nin məlumatı

uzluk.jpg

Strateq.az Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata istinadən bildirir ki, hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılan radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməyib.

Müəyyən edilib ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər.

Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.