XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2016 - 17:14

“Ərdoğan teokratiyası tarixi zərurətdən doğur”

 

“Qarabağın işğalı ermənilərin hərbi qabiliyyətindən yox, rus-türk münaqişəsinin aktiv siyasi ardıcıllığından doğub. Təsadüfi deyil ki, Rusiya on beşdən çox digər etnik kökənli antitürk  və antiazərbaycan ideologiyalı radikal təşkilatlar yaradıb. Moskva özü üçün təhlükəli hesab etdiyi güclərin Cənubi Rusiyada pantürkist ideyalarının inkişafına dəstək verdiyini, maliyyələşdirdiyini düşünür və aqressiv addımlar da atır”.

Strateq.az xəbər verir ki, bunu ekspert Elçin Qurbanov deyib.

Türkiyə-Rusiya arasında gərginliyin son mərhələsi və səbəbi barədə danışan ekspertin sözlərinə görə, Rusiyanın bu mövqeyi yalnız Ankaraya qarşı yönəlməyib:

“İngiltərə, ABŞ, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, Gürcüstan və Azərbaycanı   özünə təhlükə hesab edən Rusiya militarizmi bir çox regional etnik qarşıdurmalarla münaqişə ocaqlarını alovlandırmaqda davam edir və bu siyasəti heç də həmin  xalqlara rəğbətdən irəli gəlmir. Sözügedən toplum və xalqlara mənsub olan insanlar da bu barədə dərindən fikirləşməlidirlər”.

Belə bir tarixi dönəmdə Ərdoğanın teokratik dövlətçilik modelinə yönəlməsinin tarixi zərurətdən doğduğuna inanan ekspert görə, Türkiyə prezidenti daha geniş və böyük İslam ideologiyasının bayrağı altında vəhdət yaratmaq çağırışları ilə əslində panturanizm fobiyasına son qoymağa çalışır: “Amma belə siyasi mövqe yeni aqressorların meydana gəlməsini şərtləndirə bilər. Rusiya indi digər xristian ölkələrinə türkü hədəf kimi təqdim etməyə çalışacaq və bunun ilkin əlamətləri sezilir”.

Elçin Qurbanovun fikrincə, Türkiyənin konstitusiya quruluşunun dəyişdirilməsi projesi, beynəlxalq siyasətdə yeni aqressorlarla münasibətlər və baş nazir Davudğolunun istefası da bir səbəbdən qaynaqlanır-türk siyasi iradəsinin mövcud status-kvonu təhlükəli görməsindən:

Əlbəttə, R. T. Ərdoğanın dünyada ideoloji diskriminasiyanın olduğu, güclü beynəlxalq təşkilatların xristian mahiyyətli olması barədə nidaları həqiqətə uyğundur. Amma böyük siyasətçi üçün indiki halda belə nitqlərlə çoxsaylı cəbhə açmaq təqdirəlayiq hal deyil”.