XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 18:04

12 illik terrorun İraqa vurduğu maddi zərər:31.4 milyard dollar

Rejimlər İŞİD-dən daha təhlükəlidir

Saldırıların Irak'a maliyeti 31,4 milyar dolar

2004 -2016 illərdə yaşanan terror hadisələrinin İraqa vurduğu zərər 31,4 milyard dollara çatıb.

Strateq.az xəbər verir ki, bu məlumat İraq Planlaşdırma Nazirliyi tərəfindən hazırlanan hesabatda yer alıb.

Hesabata görə, nazirliklər (35 trilyon dinar) 30 milyard, nazirliklər xaricindəki təşkilatlar (1,6 trilyon dinar) 1,4 milyard və ölkənin infrastrukturu (154,99 milyard dinar ) 133 milyon dollar zərərə uğrayıb.

Hesabat Müdafiə Nazirliyinin 15,35 trilyon dinar zərərlə nazirliklər arasında ilk sıraya yerləşdiyini, vilayətlər arasında isə Ənbarın 107 milyard dinarla ən çox zərərə uğrayan yer olduğunu göstərir.

Nazirliklər xaricində ən zərər görən qurum isə Mərkəzi Bankdır. 12 illik terror Mərkəzi Banka 708 milyard dinara başa gəlib.

Maddi zərərin 2014-cü ildən sonra İŞİD-in ortaya çıxmasıyla 61% artdığı bildirilir.

Maraqlıdır ki, İraqın sabiq baş naziri Nuri əl-Malikinin 8 il ərzində korrupsiya yoluyla 600 milyard dollar mənimsədiyi xəbər verilirdi. Bu hesabla İraqa siyasi hakimiyyətin terrordan ən azı 20 dəfə çox zərər vurduğu məlum olur.