XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 19:15

Putin 500 min nəfərlə “Ölümsüz alay”ın önündə- FOTOLAR, VİDEO

Rusiya prezidenti 9 may Qələbə Günü münasibətilə paytaxt Moskvada təşkil olunan parada qatılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin 500 min nəfərin qatıldığı «Ölümsüz alay» aksiyasında da iştirak edib.

Rusiya prezidenti Leninqrad prospekti və Tversk küçəsindən Qırmızı Meydana çıxan kolona qoşulub.

Rusiya Daxili İşlər Nazirliyi aksiyada 500 min insanın iştirak etdiyini bildirib.

Qeyd edək ki, parada Rusiya Silahlı Qüvvələrinin 10 min hərbiçisi, 135 ədəd yerüstü və 71 ədəd hava hərbi texnikası cəlb olunub.