XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 10:18

“Panama sənədləri”nin baza bilgiləri yayıldı- Putinin dostlarının offşorları açıqlandı, Peskov "təmiz çıxdı"

«Panama sənədləri»nin baza bilgilərinə çıxış təmin olunub və əsas bilgilər arasında yenə də Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslər yer alıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu şəxslərin offşor şirkətlərə sahib olduğu üzə çıxıb. Məsələn, adına bir neçə offşor şirkət olanlardan biri Rusiya prezidentinin yaxın dostu Sergey Radugindir.

Bundan başqa, üzə çıxıb ki, iş adamı Boris Rotenberqin adına Britaniyanın Vircin adalarında Kenrick Overseas Ltd., Culloden Properties Limited və Highland Ventures Group Limited kimi, offşor firmalar var. 

Arkadi Rotenberqin adına qeydiyyatdan keçən şirkətlər isə bunlardır – Breckenridge Global Management Limited, Beechwood Associates Inc. və Causeway Consulting Limited. A.Rotenberqin oğlu İqorun adına da Stormont Systems Limited adlı offşor şirkət var.

Eyni zamanda Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutovun adına Sermolent Equities Inc. offşor şirkətinin olduğu məlub olub.

Maraqlıdır ki, informasiya bazasında Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkanın adı keçmir. Halbuki ilkin sənədlərdə onun adına Vircin adalarında Carina Global Assets Ltd. şirkətinin qeydiyyatdan keçdiyi bildirilirdi.