XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 13:20

Rusiya-Yaponiya yaxınlaşması ABŞ-ı qəzəbləndirdi:"Tokio unutmamalıdır ki..."

Yaponiya baş naziri Sindzo Abenin Rusiyaya son səfəri Vaşinqtonun diqqətindən yayınmayıb. Və ABŞ rəsmi Tokioya vahid tərəfdaşlıqla bağlı qınaq tonlu xatırlatma edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Elizabet Tryude baş nazir Abenin diqqətinə çatdırıb ki, Tokio tərəfdaşların birliyini yaddan çıxarmamalıdır: «Biz regional və qlobal problemlərlə bağlı Yaponiya hökuməti ilə mütəmadi məsləhətləşmələr aparırıq. Tokio unutmamalıdır ki, «G7» və Avropa Birliyindəki tərəfdaşlarımızın Rusiyaya münasibətdə bizimlə eyni mövqedə olması ABŞ üçün həyati əhəmiyyət daşıyır».

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə yapon baş nazir Sindzo Abe arasında görüş mayın 6-da Soçidə baş tutmuşdu. Görüşdə bir sıra məsələlər, həmçinin Kuril adaları ilə bağlı müzakirə aparılmışdı.

Hələ fevral ayında ABŞ prezidenti Barak Obama baş nazir Abeni Rusiyaya səfər etməməyə çağırmışdı. Mətbuatın yazdığına görə, Abe Obama ilə razılaşmamış və beləliklə, bu diskussiya nəticəsiz qalmışdı.

Bu il martın sonlarında Yaponiya hökuməti Rusiyaya xəbərdarlıq etmişdi ki, Kuril adalarına hərbi baza yerləşdirəcəyi təqdirdə, adekvat cavab verəcək.