XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

26 Fevral 2015 - 11:14

Pərviz Həşimli həbsxanada ilk dəfə ailəsi ilə görüşüb

perviz-hesimli2.jpgMəhbus jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra ailəsi ilə ilk qısamüddətli görüş verilib. Jurnalistin həyat yoldaşı İlahə Həşimli Modern.az saytına bildirib ki, görüş ötən həftə baş tutub:

“Səhhəti və saxlanma şəraitindən şikayəti yoxdur. Şikayəti yalnız cəza çəkdiyi müəssisənin şəhərdən çox uzaq olmasıdır. Müəssisə şəhərdən kənarda yerləşdiyindən ora nəqliyyat da işləmir. Bizim ora gedib gəlməyimizdə problemlər olur. Pərvizin bu şikayətini başa düşürəm. O, bizdən narahatdır. Görüş 15 gündən bir verilir.

Soyuqlama səbəbindən Pərviz həmin müəssisənin tibb məntəqəsində beş günlük müalicə alıb. İndi yaxşıdır. Gedəndə qızım Zeynəbi də özümlə apardım. Atası ilə açıq görüşdüyü üçün çox sevinirdi”.

Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.