XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 04:32

Rusiya Ermənistanı ən müasir zenit – raket sistemləri ilə təchiz edir

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) raketdən vahid müdafiə sisteminin yaradılması barədə qəbul edilən qərar çərçivəsində Ermənistandakı havadan müdafiə sistemlərini yeniləyir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın “Vozduşno kosmiçeskaya oborona” jurnalı Müdafiə Nazirliyində olan mənbələrinə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, KTMT üzrə ümumi havadan müdafiə sistemi tam yaradılmayıb və bundan irəli gələrərk Ermənistanda və Qazaxstanda Zenit Raket Sistemlərini gücləndirmək lazımdır.

Jurnal buna təsdiq olaraq 2014-cü ilin noyabrında Rusiyanın Baş Qərargah rəisi general Gerasimovun dediyi sözləri sitat gətirir: “Bu gün üçün regional havadan müdafiə sistemi Şərqi Avropa istiqamətində yalnız Belarus Respublikası ilə qurulub. Digər iki bölgə – Qafqazda (Rusiya – Ermənistan) və Mərkəzi Asiyada (Rusiya – Qazaxstan) üzrə birgə havadan müdafiə sistemləri qurmalıyıq.”

Beləliklə, Ermənistan və Qazaxstanda hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi qərarı verilib. İlk növbədə, bu ölkələrdə Rusiyaya aid S-300PS zenit raket sistemləri S-400 sistemləri ilə əvəz olunacaq.

Xatırladaq ki, təşkilat üzvləri (Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və özbəkistan) arasında raket və hava hücumlarından vahid sistem qurulması barədə qərar hələ 2012-ci ildə qəbul olunub.