XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 17:47

Obamadan tarixi qərar –ABŞ-ın 71 il əvvəl dağıtdığı şəhərə gedir

barak-obama-1

ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. 

BBC xəbər verir ki, Obama Ağ Ev rəhbərləri arasında ilk adamdır ki, ABŞ aviasiyası tərəfindən 1945-ci ildə nüvə silahıyla dağıdılan Xirosimaya səfər edəcək.

“Ağ Ev” mətbuat katibi Coş Ernestin sözlərinə görə, Barak Obama Xirosimaya Yaponiya Baş naziri Sindzo Abe ilə birlikdə gələcək və daha sonra Vyetnama gedəcək.

 “Prezident nüvə silahı olmadan dinc və təhlükəsiz dünya ideyasına sadiq olduğunu vurğulamaq üçün Baş nazir Abe ilə birlikdə tarixi səfər edəcək”, -deyə Ernest bildirib (​AzNews.az).

Xatırladaq ki, Xirosima 1945-ci ilin avqustunda atom bombardmana məruz qalıb. “Little boy” adlanan bomba 4 min dərəcə temperaturluq istilik dalğası doğurub. 4,5 kilometr radiusda yayılan dalğa faktiki olaraq bütün şəhəri məhv edib. Nəticədə 200 min insan vəfat edib.