XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 23:55

“Eurovision-2016”nın yarımfinalı –Səmra Rəhimli "Miracle" mahnısını oxudu (CANLI YAYIM)

evrovision-2016

Stokholmdakı “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin yarımfinalı başladı.

Ənənəyə uyğun olaraq “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il qalib olmuş Mans Zelmerlov tamaşaçıları salamlayıblar.

Azərbaycanı təmsil edən Səmra Rəhimli 14 nömrə altında "Miracle" mahnısını ifa edib.

Qeyd edək ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış edirlər.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.   

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  – müsabiqənin bu ilki ev sahibi İsveç və  Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Yarışmanı bu linkdən canlı izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=nRR3ppOqBzw