Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb.
Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır(apa).