XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 11:45

Kılıçdaroğlu Davudoğlununistefasının səbəbini açıqladı

CHP lideri Kamal Kılıçdaroğlu baş nazir Əhməd Davudoğlunun AKP sədrliyindən istefasının səbəbinə aydınlıq gətirib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyasının Türkiyə Millət Məclisindəki qrup toplantısında çıxış edən Kılıçdaroğlu Davudoğlunun təmiz adam olduğu, rüvşvət və korrupsiyaya qarşı çıxdığı üçün göndərildiyini bildirib: «Rüşvət və korrupsiya istəmirdi, düzgün adam idi, buna görə də vəzifədən alındı. Bütün böyük layihələrə «dur» deyirdi. Davudoğlunu həzm edə bilmədilər, «təmiz yox, çirkli adam istəyirik» dedilər. Korrupsiya AKP siyasətinin əsas xəttinə çevrilib. Kim korrupsiyaya yol verirsə, dövlət vəzifəsində daha da yüksəlir».