XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 14:41

“CNN International”:Suriyanın hər yerində Rusiya var

 

Rusya'nın Suriye'deki varlığı sanılandan daha büyük

“Rusiyanın Suriyadakı hərbi varlığı sanılandan daha böyükdür".

Strateq.az xəbər verir ki,  “CNN International” yazarlarından Frederik Pleitgen bu iddiani irəli sürüb.

Bir müddət öncə İŞİD-dən geri alınan Palmira şəhərindəki konsert üçün Suriyaya gedən Pleitgen müşahidələrini qələmə aldığı yazısında Suriyanın hər yerində, xüsusilə də Palmira ətrafında Rusiyaya aid hərbi hissələrlə qarşılaşdığını bildirib.

O, həmçinin, rus əsgərlərinin strateji əhəmiyyətə malik bölgələrdə qərargahlar inşa etdiyinə də diqqət çəkərək, Suriyada Bəşər Əsəd "dostlarının" yeni bir dövrə hazırlaşdıqlarını qeyd edib.

Müşahidələrində Lazkiyədəki Rus hərbi bazasına toxunan Pleitgenin bildirdiyinə görə, baza modernizə edilib və hazırda orada növbəti Hələb hücumlarına hazırlıq işləri gedir.