XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 15:27

İranlı deputat:“Zarrab əslində ABŞ-a sığınıb"

 

“Rza Zarrab həbs olunacağını bilə-bilə ABŞ-a gedib. Məqsədi həbs olunaraq, ədalətin hökmündən yayınmaqdır”.

Strateq.az xəbər verir ki, bu sensasion iddianı İran parlamentinin Korrupsiya Araşdırma Komissiyasının üzvü Əmir Abbas Sultani irəli sürüb.

Mətbuata açıqlama verən Sultani fikrini əsaslandırmaq üçün İranda edam cəzası alan Babək Zəncani ilə Zarrab arasındakı əlaqəyə diqqəti cəlb edib. Zarrabın Türkiyədə qalacağı təqdirdə İran tərəfindən yaxalanacağını bildiyini düşünən deputatın fikrincə, bu səbəbdən də iş adamı öz təhlükəsizliyini təmin etmək üçün ABŞ həbsxanasına sığınıb.

 Sultanı deyib:

"Hüquq mühafizə orqanlarımız fəaliyyətini təqib edirdilər. Ankara ilə Tehran arasında əlaqələr düzəlmişdi. Türkiyədəki şərtlər Zarrab üçün yaxşı gələcək vəd etmirdi. İran məhkəməsi tərəfindən günahkar elan olunsaydı, Türkiyə ilə bağladığımız sazişlərin tələbinə uyğun olaraq, Zarrab Tehrana qaytarılacaqdı. İran ilə ABŞ arasında isə günahkarların ekstradisiyası barədə razılaşma yoxdur, Zərrab buna görə də, ABŞ-a getməyə qərar verdi”.