XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 17:09

“Ermənilər dinc sakinlərin kütləvi qırılmasına çalışır” –İcra başçısı

musteqom-terter-icra

"Tərtər rayonunun 17 yaşayış məntəqəsinə 280-dən çox ağır artilleriya qurğularından atılan mərmi düşüb". 

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı bildirib ki, həmin ərazilərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 59 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib: "Agentliyin əməkdaşları hazırda cəbhəboyu kəndlərdə axtarış və ərazilərin minalardan təmizlənməsi tədbirlərini həyata keçirirlər".

M.Məmmədov həmçinin vurğulayıb ki, Ermənistan hərbi birləşmələri dinc vətəndaşları hədəfə alıb: "Ermənilər cəbhəboyu kəndləri və yaşayış məntəqələrini, əkin-biçin və suvarılma vaxtı kənd təsərrüfatı sahələrini mütəmadi atəşə məruz qoyurlar. Onlar ağır artilleriya qurğuları ilə yanaşı, beynəlxalq səviyyədə qadağan olunan zəhərli silahlardan da istifadə edirlər. Ötən gün ermənilərin ağ fosfor mərmisindən istifadə etməsi bir daha göstərdi ki, onlar yalnız dinc sakinlərə ziyan vurmağa və onların kütləvi qırılmasına çalışır".

Report