XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 17:17

Səudiyyə Ərəbistanı:“Suriya məsələsi ya xoşluqla, ya zorla həll olunacaq, amma Əsədsiz”

Suudi Arabistan'dan Suriye'de operasyon işareti

"Suriya böhranı Bəşər Əsədsiz həll olunacaq. Bu, altı ay da çəkə bilər, üç ay da, üç il də. Qərar Əsədindir ".

Strateq.az xəbər verir ki, bu sözləri  Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cubeyr deyib.

Fransız televiziya kanalı “FRANCE 24-ə açıqlama verən Cubeyr nəyin bahasına olursa olsun, Suriya lideri Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılacağını bildirib. Bunun üçün lazım gələrsə, ölkəsinin hərbi əməliyyatlarda belə, iştirak edəcəyini deyən nazir bu əməliyyatların təktərəfli qaydada olmayacağını da vurğulayıb:

"Biz ABŞ liderliyindəki koalisiya qüvvələrinin bir parçasıyıq və ABŞ Suriyaya quru qoşunları göndərsə, Səudiyyə Ərəbistanı da xüsusi birlikləriylə həmin koalisiyada öz yerini alacaq".