XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 May 2016 - 18:27

Ankaradan Brüsselə ultimatum:"Qaçqınları geri göndərəcəyik!"

Ankara Brüsselə hədə tonlu ultimatum göndərib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə prezidentinin müşaviri Burhan Kuzu Avropa Birliyinin viza rejimini ləğv etməyəcəyi təqdirdə Ankaranın qaçqınları geri göndərəcəyini bildirib: «Viza rejimi ləğv edilməsə, qaçqınları Avropaya göndərəcəyik». 

Qeyd edək ki, bu gün Brüsselin viza razılaşmasını dondurduğu məlum olub. Avropa Parlamenti prosesi Ankaranın bütün şərtləri yerinə yetirəcəyi təqdirə davam etdirəcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə əsas şərtlərdən birini – vizasız gediş-gəlişin əvəzinə anti-terror qanunlarına dəyişiklik etməyi rədd edir.