22 İyul 2015 tarixindən bu günə qədər 6 min 623 PKK-çı zərərsizləşdirilib.
Strateq.az xəbər verir ki, türk mətbuatı hərbi qaynaqlara istinadən bu məlumatı yayıb.
Məlumata görə, İraqın şimalında öldürülənlərlə yanaşı, son 10 ay ərzində cəmi 4571 PKK-çı məhv edilib. 695 terrorçu yaralı olaraq ələ keçirilib. 716 təşkilat üzvü tutulub, 641 silahlı isə təslim olub.