XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

11 May 2016 - 22:19

Şults Türkiyəyə son sözünü dedi:"Viza rejiminin ləğvi üçün şans görmürəm"

Avropa Parlamentinin sədri Martin Şults Ankaranın vacib şərtləri yerinə yetirmədiyini və indiki halda Türkiyə ilə Şengen ölkələri arasında viza rejiminin aradan qalxmayacağını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Şults hələ ki viza rejiminin ləğvi üçün hər hansı şans görmədiyini bildirib.

Şults «Deutschlandfunk» radiosuna açıqlamasında onu da deyib ki, Ankara bütün şərtləri yerinə yetirməsə, Avropa Parlamenti bu istiqamətdə danışıqlara başlamayacaq.

O əlavə edib ki, Türkiyə bu şərtlərin parlamentdə nə vaxt baxılması məsələsində konkret olmalıdır.