XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 00:07

İsveç müdafiə nazirindən Rusiyaya xəbərdarlıq:“Müttəfiqlərimizə kömək edəcəyik”

 

İsveç: Tehditlere cevap vereceğiz

“Skandinaviya və ya Baltik ölkələrinə hücum olarsa, biz də biganə qalmayacaq,  müttəfiqlərimizə kömək edəcəyik”.

Strateq.az xəbər verir ki, bunu İsveç müdafiə naziri Peter Hultqvist bildirib.

Estoniyanın paytaxtı Tallində bir konfransda iştirak edən Hultqvist “Baltik” xəbər agentliyinə (BNS) açıqlamasında bölgədə təhlükəsizliyin qorunmasının İsveçin başlıca siyasəti olduğunu deyib:

"Mən fərqli ssenarilər halında nələr ola biləcəyinə dair fərziyyə irəli sürmək istəmirəm. Bizim cavabımız vəziyyətdən asılıdır. Skandinaviya və ya Baltik ölkələrinə hər hansı bir hücum olsa İsveç passiv qalmayacaq. Lazım olan köməyi edəcəyik. Oxşar davranışı digər ölkələrdən də gözləyirik”.

İsveçin Norveç və Finlandiya ilə əlaqələrini inkişaf etdirdiyini vurğulayan Hultqvist eyni zamanda Baltik ölkələri, Polşa, AB və NATO ilə davamlı ünsiyyət halında olduğunu xatırladıb. Transatlantik əlaqənin əhəmiyyətli olduğuna diqqət çəkən Hultqvistin fikkrincə, Avropa və dünyanın təhlükəsizliyinə meydan oxuyanlara ortaq cavab verilməsi son dərəcə əhəmiyyətlidir.

Xatırladaq ki, Baltik və Skandinaviya ölkələri ilə Rusiya arasında münasibətlər xeyli gərgindir. İsveçin müdafiə naziri də, görünür, bu sözlərlə Rusiyanın “bostanına daş atıb”.