XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 00:35

ABŞ-dan Şərqi Avropaya 4 min əsgər

ABD, Suriye'de Kürt devleti istemiyor

ABŞ Şərqi Avropaya 4 min əsgər göndərəcək.

Strateq.az xəbər verir ki, bir müddət əvvəl ortaya atılan bu iddia rəsmən təsdiqlənib.

ABŞ dövlət katibinin köməkçisi Antonu Blinken jurnalistlərin sualını cavablandırarkən deyib: "Şərqi Avropadaki planımız davamlı rotasiya qaydasında 4 min əsgər saxlamaqdır. Əsgərlər olduqları bölgədə yalnız müəyyən bir müddət qalacaq, daha sonra onların yerini dərhal yeni qruplar alacaq."

Blinken çıxışında Ukrayna məsələsinə də toxunub. Onun sözlərinə görə, Ukraynada əldə olunan atəşkəsə baxmayaraq, ATƏT keçən ay 30 mindən çox atəşkəs pozuntusu qeydə alıb: “Qarşıdurmalarda, Minsk razılaşmasına zidd olaraq, ağır silahların istifadə edilib və atəşkəs pozuntuları, əsasən, separatçı qrupların nəzarəti altındakı bölgələrdə baş verib”.