XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 11:30

Sabiq prezidentlərin Xankəndinə səfərləri hansı anlama gəlir? –Ekspertdən maraqlı açıqlamalar

elxan-sahinoglu-esas

"Ermənistanın hazırki və keçmiş prezidentləri bir-birinin ardınca işğal altında olan Dağlıq Qarabağa gəlirlər. Yaxşı, Serj Sərkisyanı anladıq, prezident kimi Dağlıq Qarabağdakı separatçı yoldaşlarına “ürək-dirək verməyə” gəlmişdi, “möhkəm olun, kömək gələcək”, – deyib, getdi. Bəs, eks-prezidentlər Levon Ter-Petrosyanla Robert Köçəryan Xankəndində nə mesaj verə bilərdilər? Axı hər ikisinin heç bir səlahiyyəti yoxdur. Görünür, bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyirdilər".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, tutaq ki, bir-iki ay belə ötüşdürdülər, vaxt öldürdülər, ancaq bir müddət sonra artan itkiləri Ermənistan cəmiyyətinə izah edə bilməyəcəklər. Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin:

"Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin aiələrinin sosial təminatlarını vaxtlı-vaxtına ödəsin. Belə bir vədi könüllülərə də veriblər. Yəni Ermənistan vətənfdaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik ki, düşmən o qədər itki versin. Ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə, həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq!".