XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 14:29

Senatorlar prezidenti vəzifədən çıxardı –Korrupsiya ittihamı

dilmaaa

Braziliya senatorları ölkə prezidentini yarım il müddətinə vəzifədən uzaqlaşdırıblar. 

Prezident Dilma Russefə qarşı impiçmentin lehinə 55, əleyhinə isə 22 senat səs verib. 

Məlumat üçün bildirək ki, qanuna əsasən,prezidenti vəzifədən uzaqlaşdırmaq üçün palatada sadə səs çoxluğu – 41 səs kifayət edir. 

Russefin taleyi barədə müzakirəyə senatorlar təxminən 20 saat vaxt sərf ediblər. Prezidentin səsvermə başlamazdan öncə əşyalarının prezident sarayından şəxsi iqamətgahına aparılması barədə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, son bir neçə aydır ki, Braziliya müxalifətçiləri Dilma Russefin istefasını tələb edirlər. Deputatlar onu büdcə məlumatlarını manipulyasiya etmək və öz seçki kampaniyasında dövlət əmlakından istifadə etməkdə ittiham edirlər.

AzNews.az