XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

12 May 2016 - 15:40

“Biz təkcə Ermənistanla deyil, güclü dövlətlər və böyük maliyyə ilə savaşırıq” –Adil Əliyev

adil-5.jpg

“Unutmamalıyıq ki, "Bişkek protokolu" əsasında atəşkəs bizə çox şey qazandırdı. Hər şeydən öncə vaxt udduq. Düzdür, torpaqlarımız geri qayıtmayıb, ancaq düşmən o torpaqları sona qədər əlində saxlayamacağını dərk etdi".

Strateq.az xəbər verir ki, bu sözləri "Feysbuk"da deputat Adil Əliyev yazıb.

O, bildirib ki, biz təkcə Ermənistanla deyil, güclü dövlətlər və böyük maliyyə ilə savaşırdıq:

"Atəşkəsdən sonra Azərbaycan özünə gəldi, daxildə güclü sabitlik yarandı, etnik separatçılığa meyilli qüvvələr zərərsizləşdirildi, bir sıra qlobal səviyyəli iqtisadi sazişlər imzalandı, beynəlxalq şirkətlər ölkəmizə investisiya qoydular. Azərbaycana xarici valyutanın daxil olması nəticəsində güclü ordu yaratdıq. Əgər sabitlik olmasaydı, heç bir xarici şirkət ölkəmizə investisiya qoymazdı. Ölkənin xarici siyasətində baş verən ciddi dönüşlər isə xüsusilə qeyd olunmalıdır. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan mürəkkəb regionda yerləşir".