XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 16:52

ABŞ-a cavab, yoxsa sıradan təlim? –Rusiya İrəvandakı qırıcılarını "ayağa qaldırdı"

herbi-teyyare.jpg

Rusiyanın İrəvandakı Erebuni bazasında hərbi təyyarələrin təlimi başlayıb.

Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.

Hərbi təlimə polkovnik Aleksandr Petrov rəhbərlik edir.

Hərbi təlimdə 200 hərbçi, 20 təyyarə və vertolyotlar iştirak edir. Rusların təlimə çıxardığı təyyarələr sırasında MiQ-29 qırıcısı, Mi-24P zərbə vertolyotu, Mi-8MT nəqliyyat təyyarəsi var. Hərbi təlimdə Orlan-10 pilotsuz aparatlarından da istifadə ediləcək(Axar.az).

Qeyd edək ki, bundan öncə ABŞ ordusu Gürcüstanla birgə “Layiqli tərəfdaş 2016” təlimlərinə başlayıb. Ekspertlər İrəvan təlimlərini Rusiyanın ABŞ-a cavabı kimi qiymətləndirir.