Prezident İlham Əliyev bu gün yeni sərəncamlar verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.
***
Prezidentin digər sərəncamı ilə Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilib.