XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 12:37

Deputatlar toplandı,Milli Məclisdə Dağlıq Qarabağla bağlı dinləmələr başladı

meclis-1

Hazırda Milli Məclisdə Dağlıq Qarabağda yaranmış son durumla bağlı dinləmələr başlayır.

Dinləmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov, baş prokurorun müavini və Müdafiə Nazirliyinin yüksək çinli təmsilçiləri də iştirak edirlər. 

Tədbirdə təmas xəttində yaranmış son vəziyyət, danışıqlar prosesi və Ermənistanın bu danışıqlar prosesində destruktiv mövqeyi əsas diqqət mərkəzində olacaq. Beynəlxalq hüquq norması çərçivəsində bu problemin həlli yolları müzakirə ediləcək. 

Tədbirə sədrliyi Milli Məclisin sədr müavini Bahar Muradova və Milli Məclisin aparat rəhbəri Şəfa Mirzəyev edəcək(Moderator.az).